BAKI, 1 sentyabr. TELEQRAF

Almaniya təmsilçisi “Bayer” baş məşqçisi Erik Ten Haqı istefaya göndərib.

Teleqraf Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı müvəqqəti olaraq onun köməkçiləri çalışdıracaq.

Bundesliqa klubu Erik Ten Haqın rəhbərliyi altında “Hoffenhaym”a (1:2) məğlub olub və “Verder”lə (3:3) heç-heçə edib.

Qeyd edək ki, Erik Ten Haq mayda “Bayer”in başına keçmiş və “Real”a yollanan Xabi Alonsonu əvəz etmişdi. O, daha əvvəl 2022-ci ilin yayından 2024-cü ilin oktyabrınadək İngiltərə "Mançester Yunayted"ni çalışdırıb. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.