BAKI, 1 sentyabr. TELEQRAF

2025/2026-cı il basketbol mövsümünün hazırlıqlarına start verən “Sərhədçi”nin yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, komandanın “sükanı arxası”na Anar Sarıyev keçib.
Anar Sarıyevin köməkçisi Abyerk Acar olacaq.
Acar həm köməkçi, həm də fiziki məşqçi olaraq klubda fəaliyyət göstərəcək.