BAKI, 30 avqust. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü “Volendam”ın heyətində Niderland Eredivizisində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, 27 yaşlı hücumçunun komandası IV tur matçında “Ayaks”ı qəbul edib.

“Kras” stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyuna start heyətdə başlayan Kökçü 81-ci dəqiqədə Bredli Kuvasla əvəzlənib.

“Volendam” xallarının sayını 4-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, Ozan Can Kökçü cari mövsüm ərzində meydanda olduğu 3 matçda 1 qol vurub.

Xatırladaq ki, “Ayaks” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la qarşılaşacaq. Amsterdam təmsilçisi dekabrın 12-də “köhlən atlar”ın qonağı olacaq.