BAKI, 28 avqust. TELEQRAF

“Çempionlar Liqasında oynamağı həmişə xəyal etmişəm. Özümü çox xoşbəxt hiss edirəm. Fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Tarixi uğura imza atdıq”.

Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.

Polşalı futbolçu “Qarabağ”ın mümkün rəqibləri barədə söz açıb: “Mənim üçün rəqibin fərqi yoxdur, amma böyük stadionlarda böyük klublara qarşı oynamağı hər zaman arzu etmişəm”.

O, Polşa millisində də özünü sübut etməyə çalışacağını söyləyib: “Özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağacam. Polşa millisinin yeni baş məşqçisinə yaxşı qapıçı olduğumu sübut etməliyəm”.