BAKI, 24 avqust. TELEQRAF
MLS-də “Di-Si Yunayted” – "İnter Mayami” oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda “Audi Field” stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi zədə səbəbindən iştirak etməyib. Sabiq “Barselona”lı Jordi Alba da matçı buraxıb.
“İnter Mayami”nin məşhur uruqvaylı forvardı Luis Suares və ispan yarımmüdafiəçi Serxio Buskets görüşə ehtiyat oyunçular skamyasından başlayıblar. Hər iki futbolçu qol vura bilməyib.