BAKI, 22 avqust. TELEQRAF
"İnter Mayami"nin futbolçusu Lionel Messinin qolu MLS-də həftənin ən yaxşısı seçilib.
Teleqraf xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Argentinalı hücumçu səsvermədə Aleksey Mirançuk ("Atlanta Yunayted"), Mark Delqado ("Los-Anceles") və Evanderi ("Sinsinatti) qabaqlayıb.
Messinin "Los Anceles"ə vurduğu qol səslərin 80%-i yığıb.
Qeyd edək ki, Lionel Messi cari mövsüm ərzində MLS-də meydana çıxdığı 19 oyunda 19 qol və 11 məhsuldar ötürmə müəllifi olub.