BAKI, 22 avqust. TELEQRAF
İsveçin "Hekken" klubunun futbolçusu Amor Layuni unikal göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, 32 yaşlı tunisli yarımmüdafiəçi Rumıniyanın "Kluj" komandasını 7:2 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda beş məhsuldar ötürmə müəllifi olub.
Layuniyə assistlərdən penta-trik etməsi üçün 49 dəqiqə bəs edib. O, topla ümumilikdə 39 dəfə təmas edib.
Amor Layuni futbol tarixində bir matçda beş məhsuldar ötürmə edən 31-ci oyunçu olub.
Qeyd edək ki, "Kluj"la "Hekken" arasında cavab oyunu avqustun 28-də keçiriləcək.