BAKI, 22 avqust. TELEQRAF

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun heyətində çıxış etdiyi Bolqarıstanın “Arda” komandası UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, C.Hüseynovun klubu Polşada “Rakuv”a minimal hesabla (0:1) uduzub.

Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb, 90+1-ci dəqiqədə əvəzlənib.

Yada salaq ki, cavab oyunu 1 həftə sonra Bolqarıstanda baş tutacaq.