BAKI, 24 aprel. TELEQRAF
Tacikistanın üç bankı Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Milli Bankı məlumat yayıb.
Bildirilib ki, bu qərar Tacikistan nümayəndələrinin avropalı tərəfdaşlarla apardığı danışıqların nəticəsində qəbul edilib.
Məhdudiyyətlərin ləğvi "Spitamen Bank", "Dushanbe City Bank" və "Commerzbank"a şamil olunub.