AĞCABƏDİ, 24 aprel. TELEQRAF
Ağcabədi rayonunda fərdi yaşayış evində faciə ilə nəticələnən yanğının təfərrüatı məlum olub.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, yanğında həyatını itirən 12 yaşlı İmaməddin Şirinovun ev sahibi Mahirə Hüseynovanın baldızının nəvəsi olduğu bildirilir.
Məlumata görə, uşağın atası iki ay əvvəl vəfat etdiyindən, tək qalmasın deyə Mahirə Hüseynova ilə birlikdə qalırmış.
Hadisə baş verən zaman azyaşlı otaqlardan birində yatırmış.
Ev sahibi, 70 yaşlı M.Hüseynova yanğın zamanı evdən çıxa bilib, sonra azyaşlı qohumunu xilas etmək üçün yenidən evə daxil olmağa cəhd göstərib. Lakin yanğının sürətlə bütün evi bürüməsi uşağı çıxarmağa imkan verməyib.
İlkin ehtimala görə, yanğın evin mətbəxindən başlayıb. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***
09:04
Ağcabədidə baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndinə baş verib.
Kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus evdə baş verən yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb.
Faktla bağlı araşdırma başlanıb.
