BAKI, 20 avqust. TELEQRAF
"İlk hissə yaxşı keçdi. Qol vurduq, inamlı idik".
Teleqraf xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Robbi Kin evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis "Qarabağ"dan buraxılan qolları məyusedici adlandırıb: "Künc və cərimə zərbəsindən qol buraxmağımız məyusedicidir. Qarşılaşmaya daha yaxşı nəzarət etmək istəyirdik. Matçdan sonra futbolçulara dedim ki, "Qarabağ"ın qələbəni necə bayram etdiklərinə baxsınlar. Azərbaycan klubu artıq mərhələni keçdiyinə inanır. Bu, bizi cavab oyunu üçün həvəsləndirməlidir. Məncə, Bentse Otvosu zədəsi bizim üçün böyük itki oldu. Onun yoxluğunu hiss olunurdu".