BAKI, 19 avqust. TELEQRAF

“Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Budapeştdəki "Qrupama Arena"da təşkil olunmuş qarşılaşma Azərbaycan çempionunun inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Ağdam təmsilçisindən Marko Yankoviç (50-ci dəqiqə), Kevin Medina (67) və Musa Qurbanlı (85) fərqləniblər.

Meydan sahiblərinin yeganə qolunu 29-cu dəqiqədə Barnabaş Varqa vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

***

00:43

"Qarabağ" Macarıstanda “Ferentsvaroş"la keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qolunu vurub.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşün 85-ci dəqiqəsində Musa Qurbanlı fərqlənib.

***

00:25

"Qarabağ" Macarıstanda “Ferentsvaroş"la keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda hesabda önə keçib.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşün 67-ci dəqiqəsində Kevin Medina Ağdam təmsilçisinin ikinci qolunu vurub.

***

00:08

Macarıstanda “Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşdə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç 50-ci dəqiqədə fərqlənib - 1:1.

***

00:03

Macarıstanda “Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşdə meydan sahibi komanda hesabda öndədir - 1:0.

***

23:48

Macarıstanda “Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşdə meydan sahibi komanda hesabda öndədir - 1:0.

Matçda yeganə qolu 29-cu dəqiqədə Barnabaş Varqa vurub.

***

23:29

Macarıstanda “Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, Budapeştdəki “Qrupama Arena”da təşkil olunan görüşün 29-cu dəqiqəsində meydan sahibi komanda önə keçib.

"Ferentsvaroş"un futbolçusu Barnabaş Varqa adını tabloya yazdırıb.

***

23:00

Macarıstanda “Ferentsvaroş" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Budapeştdəki “Qrupama Arena”da keçirilir.

UEFA Çempionlar Liqası

Play-off mərhələsi

19 avqust

23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) 1:3

Qol: B. Varqa, 29; M. Yankoviç, 50, K. Medina, 67, M.Qurbanlı, 85

Hakimlər: Joau Pedru da Silva Pineyru, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra.
VAR: Tyaqu Brunu Lopes Martinş.
AVAR: Fabiu Oliveyra Melu.
Budapeşt. "Qrupama Arena”.