BAKI. 14 avqust. TELEQRAF

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" komandası UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

Teleqraf xəbər verir ki, Kırcali şəhərini təmsil edən kollektiv III təsnifat mərhələsində Litvanın "Kauno Jalgiris" klubunu mübarizədən kənarlaşdırıb.

Səfərdəki ilk matçda 1:0 hesablı qələbə qazanan "Arda" cavab görüşündə də rəqibinə şans verməyib - 2:0.

Hüseynov start heyətdə meydana çıxıb və oyunu əvəz olunmadan keçirib.

"Arda" pley-off mərhələsində Polşa "Rakuv"u ilə üz-üzə gələcək. İlk oyun avqustun 21-də səfərdə, cavab görüşü avqustun 28-də evdə olacaq.

Qeyd edək ki, "Rakuv" Konfrans Liqasının III təsnifat mərhələsində İsrailin "Makkabi Hayfa" komandasını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 2:0.