BAKI, 24 aprel. TELEQRAF
Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarına artıq təxminən 3 milyard kubmetr qaz vurub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Bildirilir ki, hazırda anbarlar 30,82% doludur və burada təxminən 33,8 milyard kubmetr qaz ehtiyatı mövcuddur.
Gözləntilərə görə, cari yay mövsümündə Yaxın Şərqdəki münaqişənin təsiri ilə Avropa və Asiya bazarları arasında rəqabətin kəskinləşməsi yanacağın qiymətinin yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcınadək normativin yerinə yetirilməsi üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr qaz vurulmalıdır. Ötən il isə bu göstərici cəmi 55 milyard kubmetr olub.
Xatırladaq ki, Avropa aprelin əvvəlində faktiki olaraq istilik mövsümünü başa vurub. 2011-ci ildən bəri müşahidələrə görə bu müddətinə görə ikinci ən uzun mövsüm olub və 173 gün davam edib. 2020–2021-ci illər üzrə istilik mövsümü 190 gün davam edib. Ötən istilik mövsümündə qazın çıxarılması 61 milyard kubmetri ötüb ki, bu da ötən yay vurulan həcmdən 6,5 milyard kubmetr çoxdur.