BAKI, 24 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin qondarma erməni soyqırımının ildönümü münasibətilə Ermənistan xalqına mesaj göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Rusiya lideri mesajında ermənilərin saxta iddiasını “XX əsrin ən dəhşətli faciələrindən biri, yerindən didərgin salınmış müdafiəsiz, günahsız insanların vəhşicəsinə qırğını” adlandırıb və bunu yad etdiyini bildirib.

Kremlin sahibi iddiasının davamında erməni uydurması barədə “soyqırımının fəlakətli nəticələri dini nifrətin, millətçiliyin və ksenofobiyanın qızışdırılmasının nəticələrini açıq şəkildə nümayiş etdirdi” ifadəsinə yer verib.

Vladimir Putin mesajının sonunda qeyd edib: “Dost Ermənistan xalqına rifah, firavanlıq və ən xoş arzularımı çatdırıram”.