BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə ölkəsinə kömək etməyən NATO-dakı müttəfiqlərini cəzalandırmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.

“Pentaqondan sızan sənəd Vaşinqtonda İranla müharibədə ABŞ-yə kömək etməyən NATO müttəfiqlərini cəzalandırmaq imkanının müzakirə edildiyini üzə çıxarıb. Sənəddə digər məsələlərlə yanaşı, bəzi üzv ölkələrin NATO daxilində əsas vəzifələrdən kənarlaşdırılması, İspaniyanın alyansdan uzaqlaşdırılması və ABŞ-nin Argentina sahilləri yaxınlığında yerləşən, Buenos-Ayresin “Malvin adaları” kimi tanıdığı Folklənd adaları üzərində Böyük Britaniyanın suverenliyini yenidən nəzərdən keçirməsi ehtimalından bəhs olunur”, - agentlik bildirib.