BAKI, 24 aprel. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi (MN) 1915-ci il hadisələri ilə bağlı sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda ermənilər tərəfindən türklərə qarşı törədilən qətliama diqqət çəkilib.
“1915-ci il hadisələri zamanı ermənilər tərəfindən amansızcasına qətlə yetirilən müdafiəsiz və günahsız türkləri rəhmətlə yad edirik”, - MN vurğulayıb.