BAKI. 14 avqust. TELEQRAF
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, Nikosiya şəhərindəki GSP stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Bu komandaların ilk görüşündə də "Omoniya" darmadağına sevinib - 4:0.
Beləliklə, "Zirə" və "Sabah" komandalarının ardından "Araz-Naxçıvan" da mübarizəni dayandırıb.
Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" çıxışlarını davam etdirir. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, cavab görüşü avqustun 27-də Bakıda olacaq.
*** 22:44
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə 5-ci qol vurulub başlayıb.
Teleqraf-ın məlumatına görə, Mateuş Musialovski 79-cu dəqiqədə "Omoniya"nın üstünlüyünü daha da artırıb - 5:0.
*** 22:07
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə ikinci hissə başlayıb.
Teleqraf-ın məlumatına görə, ilk yarıdan sonra "Omoniya" böyük hesabla qalib gəlir - 4:0.
*** 21:50
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üçüncü qol vurulub.
Teleqraf-ın məlumatına görə, 45+4-cü dəqiqədə "Omoniya"nın futbolçusu Evandro özünün ikinci qolunu vuraraq, fərqi 4 topa çatdırıb - 4:0.
*** 21:31
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üçüncü qol vurulub.
Teleqraf-ın məlumatına görə, 30-cu dəqiqədə "Omoniya"nın futbolçusu Evandro fərqi daha da artırıb - 3:0.
*** 21:23
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə ikinci qol vurulub.
Teleqraf-ın məlumatına görə, 23-cü dəqiqədə "Omoniya"nın futbolçusu Stevan Yovetiç fərqi artırıb - 2:0.
*** 21:09
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə erkən qol vurulub.
Teleqraf-ın məlumatına görə, 9-cu dəqiqədə "Omoniya"nın futbolçusu Villi Semedo hesabı açıb.
*** 21:00
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü start götürüb.
Teleqraf-ın məlumatına görə, qarşılaşma Omoniya şəhərindəki GSP stadionunda keçirilir.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşü
21:00. “Omoniya” (Kipr) - “Araz-Naxçıvan” (Azərbaycan) - 5:0
Qollar: Villi Semedo, 9. Stevan Yovetiç, 23. Evandro, 30; 45+4. Mateuş Musialovski, 79
İlk oyun - 4:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Martin Markus
Dördün cühakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Krogh
(Hakimlər briqadası Danimarkadandır)
“GSP Arena”