BAKI, 6 avqust. TELEQRAF
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messinin Liqa Kuboku çərçivəsində matçda aldığı zədədən danışıb.
Teleqraf xəbər verir ki, argentinalı futbolçu “Nekakso” ilə oyunun 11-ci dəqiqəsində əvəzlənib.
Baş məşqçi ulduz futbolçunun durumu ilə bağlı bildirib: "Onunla danışdım – zədəsi ciddi deyil. Futbolçunun meydana dönəcəyi dəqiq tarixi təyin etməkdən çəkinirik. O, xüsusi oyunçudur və adətən tez sağalır, ona görə də vəziyyəti günü-gündən dəyərləndirəcəyik. Messinin növbəti oyunu buraxacağı dəqiqdir. Vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq".