BAKI, 29 iyul. TELEQRAF

Almaniyanın "Bavariya" klubu futbolçusu Sven Ulrayxla müqaviləni yeniləyib.

Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Qırmızılar" 37 yaşlı qapıçı ilə 1 illik sözləşmə bağlayıb.

Qeyd edək ki, Sven Ulrayx 2015-ci ildən "Bavariya"da çıxış edir. O, ötən mövsüm ərzində 2 oyunda iştirak edib.