BAKI, 27 iyul. TELEQRAF

"İmişli" klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Elmir Rəhimzadə ilə sözləşmənin müddətini 1 illik, Lətif Rzayevlə isə 2 illik uzadıb.

Qeyd edək ki, "İmişli" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.