BAKI, 19 iyul. TELEQRAF

“Real Madrid” qapıçısı Tibo Kurtua ilə müqaviləni yeniləyəcək.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” belçikalı futbolçu ilə 2026-cı ilin yayında başa çatacaq sözləşməni uzatmaqla bağlı razılığa gəlib.

Mənbənin məlumatına görə, müqavilə heç bir şərt qoyulmadan uzadılacaq.

Qeyd edək ki, Tibo Kurtua 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, ötən mövsümdə 53 matçda iştirak edib.