BAKI, 13 iyul. TELEQRAF

Lionel Messi MLS-də heç kimin əldə etmədiyi unikal nailiyyətə imza atıb.

Teleqraf xəbər verir ki, “İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu "Neşvill" ilə matçda (2:1) iki qol vurub.

Məlumata görə, Messi liqa tarixində ardıcıl beş matçda iki və ya daha çox qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, daha öncə Messi 4 oyunda belə göstəricəyə malik ilk futbolçu adına sahib çıxmışdı.