BAKI, 11 iyul. TELEQRAF

İtaliyanın "Roma" klubu qapıçısı Mile Svilarla müqaviləni yeniləyib.

Teleqraf paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" 26 yaşlı futbolçu ilə 5 illik sözləşmə bağlayıb.

Serb qolkiper 2024/25 mövsümündə İtaliya A Seriyasında meydana çıxdığı 38 oyunun 16-da qapısını toxunulmaz saxlayıb. O, bu göstəricidə liqanın ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, Mile Svilar 2022-ci ilin yayında azad agent kimi Portuqaliyanın "Benfika" komandasından "Roma"ya keçib.