BAKI, 10 iyul. TELEQRAF

"Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubu yeni ev formasını təqdim edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 2025/26 mövsümü üçün nəzərdə tutulmuş geyim "Adidas" şirkəti tərəfindən hazırlanıb.

Split təmsilçisi yeni formadan ilk dəfə "Zirə" ilə oyunda istifadə edəcək.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk görüşünü iyulun 23-də evdə, cavab oyununu iyulun 31-də səfərdə keçirəcək.