BAKI, 29 sentyabr. TELEQRAF

Slovakiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı xüsusilə yüksək qiymətləndirir.

Teleqraf xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Diplomat enerji sahəsində əməkdaşlığın Slovakiya üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Enerji böhranı dövründə Azərbaycan Slovakiyaya təbii qaz tədarük etməyə hazır olduğunu bildirərək həmrəyliyini nümayiş etdirib. Biz gələcək üçün sabit və uzunmüddətli həll yollarının tapılması istiqamətində də birgə çalışırıq”.