BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.
Teleqraf xəbər verir ki, Azərbaycan tərəfi görüşdə ABŞ və İsrailin İrana hücumunun bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü müdafiə etdiyi barədə məlumatlandırılıb.
"Tramp nə danışıqlar apara, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerika tərəfinə verilib.
Görüşün təfərrüatı hələ açıqlanmayıb.