BAKI. 6 iyun. TELEQRAF

İtaliya "Roma"sına Can Pyero Qasperini baş məşqçi təyin olunub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə 2028-ci ilədək müqavilə bağlanılıb.

Qasperininin son iş yeri 2016-cı ildən çalışdığı "Atalanta" olub. Onun rəhbərliyi altında Berqamo təmsilçisi 2023/2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.