BAKI, 2 iyun. TELEQRAF

İspaniyanın "Atletiko Madrid" klubu futbolçusu Antuan Qrizmannla yeni müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransalı hücumçu ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə bağlanılıb.

Qeyd edək ki, Antuan Qrizmann 2014/2015 mövsümündə "Atletiko Madrid"ə keçib. O, 197 qolla klub tarixinin bombardiridir.