BAKI, 30 may. TELEQRAF

"Napoli" baş məşqçisi Antonio Kontenin klubda fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Neapol klubu rəsmi məlumat yayıb.

Mətbuatda Kontenin maliyyə problemləri və rəhbərliklə fikir ayrılıqları səbəbindən “Napoli”dən ayrılacağı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, italiyalı mütəxəssis 2024-cü ilin yayında "Napoli"nin baş məşqçisi vəzifəsinə keçib. A Seriyasının son mövsümündə Kontenin komandası 38 oyundan 82 xal toplayaraq çempion olub.