BAKI, 16 may. TELEQRAF

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin iyun matçlarına çağırılan futbolçuların ilkin siyahısını açıqlayıb.

Teleqraf Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komandaya dəvət olunanlar arasında ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi də var.

Ulduz hücumçu zədə səbəbindən Argentinanın son iki oyununu buraxmışdı.

Qeyd edək ki, Argentina seçməsi iyunun 4-də səfərdə Çili ilə, 9-da isə evdə Kolumbiya ilə qarşılaşacaq.

Qapıçılar: Emiliano Martines ("Aston Villa", İngiltərə), Xeronimo Rulli ("Marsel", Fransa), Valter Benites (PSV, Niderland);

Müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid", İspaniya), Xuan Foyt ("Vilyarreal", İspaniya), Kristian Romero ("Tottenhem", İngiltərə), Leonardo Balerdi ("Marsel", Fransa), Nikolas Otamendi ("Benfika", Portuqaliya), Fakundo Medina ("Lans", Fransa), Nikolas Talyafiko ("Lion", Fransa), Valentin Barko ("Strasburq", Fransa);

Yarımmüdafiəçilər: Aleksis MakAllister (“Liverpul”, İngiltərə), Leandro Paredes (“Roma”, İtaliya), Nikolas Dominqes (“Nottingem Forest”, İngiltərə), Eksekyel Palasios (“Bayer Leverkusen", Almaniya), Rodriqo de Paul (“Atletiko Madrid”, İspaniya), Tyaqo Almada (“Lion”, Fransa), Covani Lo Çelso, Enco Fernandes ( hər ikisi “Real Betis”, İspaniya);

Hücumçular: Lionel Messi ("İnter Mayami", ABŞ), Nikolas Pas ("Komo", İtaliya), Xulian Alvares, Culiano Simeone, Anxel Korrea (hamısı "Atletiko Madrid", İspaniya), Lautaro Martines ("İnter", İtaliya), Valentin Kastelyanos ("Latsio", İtaliya), Alexandro Qarnaço ("Mançester Yunayted", İngiltərə), Nikolas Qonzales ("Yuventus", İtaliya).