BAKI, 14 may. TELEQRAF

“Real Madrid” iki müdafiəçi transfer etməyi planlaşdırıb.

Teleqraf sport.es nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu “Bornmut”dan Din Xeyseni və “Benfika”dan Alvaro Karrerası almaq istəyir.

Məlumatına görə, “Kral Klubu” adları çəkilən futbolçuların keçidinə 100 milyon avrodan çox pul xərcləməyə hazırdır. “Bornmut”un ispan mərkəz müdafiəçisinin müqaviləsində 58 milyon avro müqabilində sərbəst buraxılma maddəsi var. Cinah müdafiəçisi Karrerasın anlaşmasına isə 50 milyon avroluq erkən xitam vermə şərtləri daxildir.

Qeyd edək ki, Xabi Alonsonun “Real Madrid”in yeni baş məşqçisi olacağı gözlənilir. Hər iki müdafiəçinin ispan məşqçinin istəyi ilə alınacağı vurğulanır.