BAKI, 22 dekabr. TELEQRAF

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının liderlərindən biri olan Mehmet Göreni saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Bildirilib ki, terrorçu Əfqanıstan-Pakistan sərhədində keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilərək Türkiyəyə gətirilib.

“Yəhya” kod adı ilə tanınan Mehmet Gören İŞİD daxilində xüsusi səlahiyyət sahibi olub.

O, İŞİD-ə qoşulmaq istəyənlərin Türkiyədən Əfqanıstan-Pakistan sərhədinə daşınmasını təşkil edib.