MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesinə verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paşinyan Putinlə görüşündə bildirib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcək.

“Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Vaşinqtonda avqustun 8-də əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit hərəkət edir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, görüşdə həmçinin regional nəqliyyat kommunikasiyalarının açılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.