BAKI. 8 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları üçün hakim təyinatları açıqlanıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, çempionluğu təmin etmiş "Qarabağ" və 3-cü yeri tutmağa çox yaxın olan "Araz-Naxçıvan" arasında keçiriləcək turun mərkəzi görüşü FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqası, XXXIV tur

9 may

19:00. “Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov

Bank Respublika Arena

10 may

17:00. “Səbail” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
ASCO Arena

19:30. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
Tovuz şəhər stadionu

11 may

18:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov

Azersun Arena.