BAKI, 23 dekabr. TELEQRAF

İtaliyanın Baş naziri Giorgia Meloni çərşənbə axşamı Romada Palazzo Çigidəki ofisinin işçiləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, Meloni çıxışında işçilərə çətin iş ili ilə üzləşdikləri üçün Milad tətilində yaxşı istirahət etmələrini istəyib.

"Sizi sevirəm. Biz bir ailəyik və il boyu işləyirk. Keçən il hamımız üçün çətin idi, amma narahat olmayın, gələn il daha da pis olacaq. Buna görə də, sizə bu bayramlarda yaxşı istirahət etməyi məsləhət görürəm, çünki biz millətə cavab verməyə davam etməliyik", - deyə Meloni zarafatla bildirib.