BAKI, 23 dekabr. TELEQRAF
Qərb ölkələri Ukraynada sülh razılaşmasının əldə edilməsinə ciddi şəkildə mane olurlar.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili "PostTV"yə müsahibədə bildirib .
Onun fikrincə, sülh müqaviləsinin imzalanmasına avropalılar maneə olur.
Papuaşvili əlavə edib ki, Rusiya heç kimə hücum etmək niyyətində olmadığını deyərkən Avropanın niyə müharibəyə hazırlaşdığını başa düşmür.