BAKI, 24 dekabr. TELEQRAF
Türkiyə mediası Ankara yaxınlığında Liviya hərbi nümayəndə heyətini daşıyan biznes təyyarəsinin qəzaya uğradığı partlayışın daha bir videosunu yayımlayıb.
Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəzanın ilkin səbəbi texniki nasazlıqdır.
***
00:39
Liviya hökuməti Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddaf və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında həlak olduqlarını təsdiqləyib.
***
23:14
Ankarada Liviya baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.
Təyyarənin qalıqları tapılıb.
Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Hadisədən sonra Ankarada uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Türkiyə mətbuatı Ankarada hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.