BAKI, 23 dekabr. TELEQRAF

Banqladeşin Yeni Dehlidəki səfiri həftə ərzində ikinci dəfə Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb Banqladeşin Hindistandakı səfirini geri çağırması olub.

Banqladeş Xarici İşlər Nazirliyi Hindistanda diplomatik nümayəndəliklərinin qarşısında baş verən etirazlarla bağlı səfirə etiraz notası yəqdim edib.

Dekabrın 17-də Hindistan Xarici İşlər Nazirliyi Banqladeş səfirini XİN-ə dəvət etmişdi. Buna səbəb səfirin Banqladeş diplomatik missiyası ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi barədə açıqlaması olub.

Hindistandakı diplomatik nümayəndəliklərin qarşısında etirazlar Banqladeşdəki hindli məbədlərinə edilən hücumlar fonunda baş verib. Nümayişçilər iddia ediblər ki, Baş nazir Şeyx Hasinanın istefasından sonra dini azlıqlara qarşı 200-dən çox zorakılıq hadisəsi qeydə alınıb. Hücumlar nəticəsində yüzlərlə hindli yaralanıb.