BAKI, 23 dekabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Endrik Fransa "Lion"una keçib.
Teleqraf xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Lion" braziliyalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb. "Real Madrid" bu keçiddən 1 milyona avro gəlir əldə edib.
Qeyd edək ki, 19 yaşlı Endrik bu mövsüm "Real Madrid"də üç oyunda şans qazanıb.