BAKI, 6 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIX turun “Qarabağ”- “Zirə” matçı Patrik Andrade və Abdullah Zubir üçün əlamətdar olub.

Teleqraf xəbər verir ki, “Ayın qolu” layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi Patrik Andrade mükafatlandırılıb.

Ona mükafatı Tofiq Bəhramov adına Respublika stadionunda Peşəkar Futbol Liqasının əməkdaşı Sənan Abdullayev təqdim edib.

Həmçinin matç fransalı futbolçu Abdullah Zubir üçün də yaddaqalan olub. 34 yaşlı hücumçu “köhlən atlar”ın heyətində 300-cü oyununu keçirməsi münasibətilə klubun prezidenti Tahir Gözəl tərəfində “300” yazılı forma ilə təltif edilib.

Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”ın heyətində 66 qolun müəllifi olub.