BAKI, 20 dekabr. TELEQRAF

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüşdə İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və Qəzza zolağındakı vəziyyət müzakirə edilib.

H.Fidan Fələstin dövlətinin yaradılmasının əhəmiyyətini bir daha vurğulayıb.