BAKI, 20 dekabr. TELEQRAF
Portuqaliya Ukraynanın təhlükəsizliyini təmin etmək üçün sülhməramlı əməliyyatlarda iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Portuqaliyanın Baş naziri Luis Monteneqro Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə brifinqdə bildirib.
Portuqaliya qoşunlarının Ukraynanın təhlükəsizliyi prosesində iştirakı ilə bağlı suala cavab olaraq, Baş nazir "müharibəyə qatılmaq istəmirik" deyə bildirib.
O, Portuqaliyanən "Könüllülər Koalisiyası"nda olduğunu və sülhməramlı əməliyyatlarda iştirak edəcəyini bildirib: "NATO-nun təhlükəsizlik zəmanətləri kontekstində sülhməramlı missiyanın tərkibində ola bilərik. Prezident Zelenski də bilir ki, Portuqaliya həmişə sülhməramlı və təhlükəsizlik missiyalarını dəstəkləyəcək. Portuqaliya hazırda sualtı dronların hazırlanmasında Ukraynaya kömək edir".
"Uinan.net" xəbər verir ki, Ukrayna və Portuqaliya hərbi-dəniz dronlarının birgə istehsalı barədə razılığa gəliblər. Zelenski qeyd edib ki, bu, hazırda müdafiənin inkişafının ən perspektivli sahələrindən biridir.