
BAKI, 6 aprel. TELEQRAF
"Sabah" komandası Azərbaycan Premyer Liqasının XXIX turunda "Kəpəz"i qəbul edib.
Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
Görüşün ilk hissəsində "Kəpəz"in futbolçusu Mahamadu Ba zədələnərək meydanı tərk edib. Onu Elmir Tağıyev əvəzləyib.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 27-yə çatdıraraq 9-cu pillədəki mövqeyini bərkidib. Vitali Berezutskinin komandası 36 xalla 5-cidir.
Turun digər oyununda "Səbail" evdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, günün ikinci matçında "Qarabağ" "Zirə"ni qonaq edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.