BAKI, 1 aprel. TELEQRAF

Rusiya müharibə zamanı Ukraynaya qarşı o qədər hərbi cinayətlər törədib ki, bunlar inanılmazdır.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Rusiya müharibə zamanı Ukraynanın dinc əhalisinə qarşı o qədər cinayətlər törədib ki, bunlar inanılmazdır. Bu cinayətlər sübuta yetirilib və danılmazdır, ona görə də Aİ heç bir belə cinayətin cəzasız qalmaması üçün qətiyyətlə hərəkət edəcək”, - Aİ-nin baş diplomatı bildirib.