BAKI, 27 mart. TELEQRAF

AFFA "Xan Lənkəran" komandasını U-13 Qızlar Liqasından kənarlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar çıxarıb.

Martın 22-də "Şəfa" ilə səfər oyunu "Xan Lənkəran"ın heyətində yetərsayın olmaması səbəbindən baş tutmayıb. Ona görə də Lənkəran komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün "Xan Lənkəran" yarışdan kənarlaşdırılıb.