
BAKI, 24 mart. TELEQRAF
“Ötən oyun millidə debüt etdim. Sağ olsunlar, təcrübəli komanda yoldaşılarım mənə dəstək oldular. Ümid edirik ki, Haitiyə məğlubiyyəti sabahkı oyunda unutdurarıq”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə martın 25-də Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
24 yaşlı futbolçu sabahkı matçın çətin keçəcəyini bildirib: “Keçən oyun ağır alındı. Psixoloji olaraq hazırlaşırıq. Qələbə qazanacağımıza ümid edirəm. Haiti daha aqressiv komanda idi. Belarus isə təcrübəlidur. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.
Qeyd edək ki, Azərbaycan millisi Belarusu “Bank Respublika Arena”da qəbul edəcək. Görüşün start fiti saat 21:45-də səsləndiriləcək.