
BAKI. 24 mart. TELEQRAF
AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Teleqraf xəbər verir ki, mərasimdə mərhumun yaxınları və dostları, futbol veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.
AFFA və FIFA isə əklil göndərib.
Ç.İsmayılov üç həftə əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Şəfiqə xanımın məzarı ilə yanaşı torpağa tapşırılıb.
Qeyd edək ki, Çingiz İsmayılov ötən gün 89 yaşında dünyasını dəyişib.