
BAKI. 22 mart. TELEQRAF
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilk yoldaşlıq görüşünü keçirib.
Teleqraf xəbər verir ki, rəqib Moldova yığması olub.
“Cornelia” Futbol Mərkəzində təşkil olunmuş qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol birinci hissədə vurulub. 18-ci dəqiqədə Oruc Məmmədov, 25-ci dəqiqədə Sadiq Şəfiyev fərqlənib.
Bu, Ayxan Abbasovun U-21 yığmasında debüt oyunu olub.
Azərbaycan U-21 millisinin start heyəti: 22. Xəyal Fərzullayev, 2. Raul Məmmədov, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı, 3. Rüfət Abbasov, 17. Nihad Əhmədzadə, 24. Oruc Məmmədov, 8. Emil Süleymanov, 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 19. Sadiq Şəfiyev.
Qeyd edək ki, martın 26-dək qardaş ölkədə hazırlıqlarını davam etdirəcək milli komanda 3 gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.