BAKI, 22 mart. TELEQRAF

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.

Teleqraf xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan milli son görüşündə Uels yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.

Uels (U-17) – Azərbaycan (U-17) – 0:0

Qolla nəticələnməyən penalti: Loue Bredberi, 37